E-commerce UniTexnika MMC 2026

UniTexnika – Sənaye Texnikası Satışı, İcarəsi və Servis Platforması

UniTexnika şirkəti üçün ağır sənaye və tikinti texnikalarının satışı, icarəsi, ehtiyat hissələri və servis xidmətlərini təqdim edən kompleks korporativ veb platforma.

Layihə haqqında:

UniTexnika — Bakıda forklift, ekskavator, yükləyici və avtokranların satışı, icarəsi və texniki servisini vahid mərkəzdən təklif edən korporativ platformadır. Layihə müştərilərə geniş texnika parkı ilə tanış olmaq, təklif almaq və ehtiyat hissələrini sürətli şəkildə tapmaq imkanı verir.

Görülən işlər və ana funksionallıqlar:

  • Geniş Məhsul Kataloqu: Dizel və elektrikli forkliftlər, anbar avadanlıqları, ekskavatorlar, frontal və teleskopik yükləyicilər, avtokranlar və təkərlər üzrə kateqoriyalaşdırılmış interfeys.
  • İcarə və Satış Modulu: İstifadəçilər üçün həm birbaşa satış, həm də texnikaların icarəsi üzrə ətraflı məlumat və müraciət imkanı.
  • Brend və Stok İnteqrasiyası: HELI, SANY, Dieci, XCMG kimi aparıcı brendlərin stok və sifariş modellərinin interaktiv şəkildə nümayişi.
  • Təkər və Ehtiyat Hissələri Bölməsi: Galaxy-Yokohama, Amberstone, Marcher və BKT brendlərinin təkər həlləri və ehtiyat hissələri kataloqu.
  • Sürətli Təklif və Zəng Sifarişi: Ziyarətçilərin bir kliklə "Təklif al" və ya "Zəng sifarişi" formasından istifadə edərək şirkətlə əlaqə saxlaması üçün funksional CTA butonları.
Проект выполнен в сотрудничестве
×