Sky Group
A professional corporate web platform for a multi-profile business group.
Azmade Group tərkibində fəaliyyət göstərən LLS MMC üçün yükqaldırma, boşaltma, daşıma, texnika icarəsi və saxlanclıq xidmətlərini təqdim edən korporativ veb platforma.
Layihə haqqında:
"Azmade Group" MMC-nin tərkibində fəaliyyət göstərən "LLS" MMC Azərbaycanın inşaat və logistika sektorunda yükqaldırma, boşaltma, daşıma texnikalarının icarəsi, eləcə də saxlanc yerlərinin idarə olunması üzrə ixtisaslaşmış aparıcı şirkətdir. Layihə şirkətin müasir avadanlıq parkını, gördüyü iri miqyaslı layihələri və peşəkar xidmətlərini tərəfdaşlara aydın və korporativ standartlara uyğun təqdim etmək üçün hazırlanmışdır.
Görülən işlər və ana funksionallıqlar:
Korporativ UI/UX Dizayn: Mavi və ağ rəng palitrasına əsaslanan, etibarlılıq və peşəkarlığı vurğulayan səliqəli interfeys.
Xidmətlər və Layihələr Kataloqu: Yükqaldırma, daşıma, logistika və anbarlama (storing) xidmətlərinin vizual və mətn tərkibli təqdimatı.
Qalereya və Media Bölməsi: Şirkətin texnika parkını və fəaliyyət sahələrini nümayiş etdirən foto/video qalereya modulu.
Çoxdilli Dəstək və Naviqasiya: Xarici və yerli tərəfdaşlar üçün dil seçimi (AZ və digər dillər), axtarış funksiyası və çevik menu strukturu.
Mobil və Planşet Adaptasiyası: Ən son veb standartlarına uyğun olaraq bütün cihazlarda tam responsive və sürətli işləmə imkanı.
×
A professional corporate web platform for a multi-profile business group.
Internal collaboration and document workflow portal.
A modern corporate platform that strengthens the Made in Azerbaijan manufacturing brand.